Ekspertlər Tərəfindən Təsdiq Olunmuş Yazılı və Şifahi Tərcümə Xidmətləri
«GLOBAL BUSINESS SERVICE» MMC (GBS) TƏRCÜMƏ ŞİRKƏTİ2001-ci ildə Bakı şəhərində qeydiyyatdan keçmiş ən aparıcı tərcümə şirkətlərindən biridir, əsas fəaliyyət növünə bütün növ tərcümə xidməti aiddir. Müxtəlif biznes sahəyə malik olan müştərilərimizlə əməkdaşlığımız sayəsində 10 illik tərcümə sahəsində təcrübəyə əsaslanaraq müştərilərilərə yüksək səviyyədə, vaxtında, dəqiq və məxfiliyə riayət edərək bütün növ tərcümə xidməti göstəririk. Tərcümə sayəsində əldə edəcəyiniz uğur sizin layihənizin uğurudur!
Məqsədimiz: Müştəriləri keyfiyyətli və professional xidmətlərlə təmin etmək
Strategiyamız:
Daxildə:Yerli bazarda aparıcı şirkət olaraq əhatəmizi genişləndirmək
Xaricdə: Yüksək səviyyədə olan professional və keyfiyyətli xidmətimizi geniş miqyasda təbliğ etmək və Azərbaycan daxilində və xaricdə daha da böyük rəqabət aparan şirkətə çevrilmək
Təcrübəli komandamızın səyi nəticəsində müştərilərin tələb və təkliflərini daima nəzərə alaraq onların hər birinə individual yanaşmaqla şirkətimiz təklif etdiyi geniş xidmət spektri üzrə çox saylı fərdi və korporativ müştəriləri cəlb etməklə onların məmnuniyyətini qazana bilmişdir. Bu sözləri müştərilərimizin fikirlərinə əsaslanaraq söyləyirik. Müştərilərimizin fikirləri…
Gülərüz personal, keyfiyyətli və operativ tərcümə xidməti, ən müasir texnologiyaya əsaslanan CAT ın tətbiq olunması, yüksək səviyyəli və formatlı çap xidməti, xidmətin məxfiliyinin qorunması, müxtəlif yollarla çatdırılma və müştəriyə uyğun olan şəkildə ödəmə üsulu ilə fərqlənən GBS sizinlə əməkdaşlığa hər zaman hazırdır.
İşçi heyəti:200 ə yaxın notarial təsdiqi olan şifahi və yazılı tərcüməçi komandası mövcuddur.
Təcrübə:2001 ci ildən 300 ə yaxın fiziki və hüquqi şəxslərə xidmət göstəririk. Müştərilərimizin siyahısı…
Professional tərcümə agentliyi olaraq biz yazılı tərcümə işində keyfiyyətə zəmanət vermək üçün 7 prosesdən ibarət olan Tərcümə İşi / Keyfiyyətə Nəzarət prinsiplərinə əsaslanarıq. Biz 100 ə yaxın dildə müxtəlif biznes sahəni əhatə edən tərcümə xidməti göstəririk.
Əgər Siz konfrans, simpozium və ya hər hansı şifahi tərcümə tələb edən iclas və ya görüş planlaşdırırsınızsa, sizə yeni texnologiyaya əsaslanan, təcrübə və bacarıqlarımız sayəsində işinizi asanlaşdıra biləcək xidmət təklif edirik. Bizim ardıcıl, sinxron, bələdçi, səsli və s şıfahi tərcümə ilə bağlı olan hər iki dildə ixtisaslaşmış tərcüməçı komandamız sizin layihənizdə ən yaxın yardışçınız olacaq.
ÇAP XİDMƏTİ Sizin etibar edəcəyiniz keyfiyyət Uyğun qiymət
Son proqram təminatını tətbiq etməklə tam şəkildə təchiz olunmuş DTP sistemindən istifadə edirik. Gündəlik istifadə etdiyimiz dizayn proqramlarından FrameMaker, Photoshop, Autocad, Quark-u misal göstərə bilərik. Veb səhifələri, köməkçi fayl və html, xml, .net, .resx, .chm formatında olan proqramları konvert edirik. Tərcümə olunmuş cədvəlləri, mətni, formulları olduğu kimi saxlayırıq. Əgər sizə şiriftdə formalaşdırılmış dörd rəngli broşura və ya tərcümə olunmuş bir səhifə lazımdırsa, biz hər hansı bir fayl formatını qəbul edirik. Bizim heyət xüsusi olaraq Azərbaycan və ya xarici dillərdə Hazırlama və Redaktəetmə işləri üzrə təlim keçmişdir.
Veb səhifələrin lokallaşdırılması öz saytınıza avtomatik tərcümə linki əlavə etməkdən çox üstündür. Avtomatik tərcümə professional tərcümə demək deyildir. Əgər siz dogrudan da məqsədli olaraq bazara daxil olmaq istəyirsinizsə, professional olun və düzgün addım atın! Siz veb səhifənizi, məhsul xəttinizi,kommersiya və hər hansı media yönümü ilə xaricdə öz layihənizi effektli etmək üçün qloballaşdırmaq istəyirsinizsə, siz keyfiyyətli tərcümə xidmətindən yararlanmalısınız. Bizim beynəlxalq lokallaşdırma ekspert komandamız layihənizin xarici bazarda effektli olması üçün bütün səy və bacarıqlarından istifadə edəcək.
KONSALTİNQ Fiziki və hüquqi şəxslərə professional hüquqi və konsaltinq xidməti
"GBS" in ekspertləri hüquqi xidmət sahəsindəki təcrübəsi geniş fəaliyyət sahəsini əhatə edir və ekspertlərin əldə etdikləri təcrübə qarşıya çıxan müəyyən çətinliklərin həll olunmasına və kompleks şəkildə hüquqi məsələlərin müvəffəqiyyətlə yerinə yetirilməsinə imkan yaradır.
Qrafik və Dizayn proqramları- Adobe Photoshop, Corel Draw, Adobe Premiere, 3DsMax, QUARKXPress, AutoCAD, Macromedia Flash MX Montaj və Səs proqramları- Sound Forge, Sonic Foundry Vegas, Pinnacle Studio, Ulead MediaStudio, Ulead COOL 3D Studio Ofis proqramları- MS Word, MS Excel, MS Access, MS PowerPoint, MS FrontPage Proqramlaşdırma dilləri- Borland Delphi, C + +, HTML, Macromedia Dreamweaver, mySQL, SQL Server Hardware & Software
Biz həmçinin müştərilərin maraqlarını nəzərə alaraq sizing istirəhətinz barədə də düşünmüşük. Bununla bağlı olaraq, biz sizi maraqlandıracaq geniş miqyaslı turizm xidmətini təklif edirik:Şirkət intelektual əmlakı və sifarişçilərin maraqlarını qorumaq məqsədilə məxfilik prinsiplərinə və ticarət sirrlərinə tam riayət edir.
NIYƏ GBS TƏRCÜMƏ ŞİRKƏTİNİ SEÇMƏLİSİNİZ? Biz dövlət qeydiyyatından keçmiş və notarial qaydada imzası keçən təcrübəli mütəxəssislərə yiyələnmiş özəl sektor kimi fəaliyyət göstərən ilk yaranmış tərcümə şirkətlərindən biriyik. Sizin bütün növ tərcümə sahəsi ilə bağlı tələblərinizə cavab vermək qabiliyyətinə malikik. Biz hər hansı sahəyə aid olan, bütün işlək dillər üzrə hər bir bir şirkətə xidmət göstəririk.